İoT Təhlükəsizliyi Nədir?
Texnologiyanın davamlı inkişafı nəticəsində internetlə idarə olunan cihazların sayı artmağa davam edir. Bu cihazlar İoT (Internet of things) adlanır, bir çox işinizdə sizə kömək etsədə, təşkilatınıza qarşı bir sıra təhlükəsizlik problemləri yarada bilər.
İoT təhlükəsizliyinin təmini biznesinizin baş verə biləcək təhlükələrdən qorunmasıdır.
İoT təhlükəsizliyi nə üçün vacibdir?
Əvvəllər kibercinayətkarlar şəxsi məlumatlar üçün yalnız kompüterləri və smartfonları hədəfə alırdılarsa, İoT -lərin inkişafı bu cihazlara qarşı hücumları daha da artırdı.
Məsələn, haker ağıllı bir avtomobili hak etdikdə, onun təhlükəsizlik xüsusiyyətlərini və ya sürücülük funksiyalarını söndürmək imkanı ola bilər. Yaxud kibercinayətkar müasir İoT sayılan ürək monitorları kimi tibbi cihazları hak edərək internetlə əlaqəni poza bilər, bu da cihazın nasazlığına və insan həyatlarının riskə girməsinə səbəb ola bilər.
Şəxsi məlumatlarınızın, cihazlarınızın və həyat rifahınızın qorunmasını təmin etmək üçün İoT -ları düzgün şəkildə qorumaq daha çox vacibdir.
İoT Təhlükəsizliyini Təmin Etmək Üçün;
1. Cihazlarınızı izləyin və idarə edin; Hər bir cihazın necə işlədiyini və nə etdiyini öyrənmədən təşkilat daxilində cihazları idarə etmək çətin ola bilər. Təşkilatınız daxilində şəbəkəyə qoşulmuş cihazlar haqqında ətraflı məlumata sahib olmaq, İoT infrastrukturunun təhlükəsizliyini təmin etmək üçün ilk addımdır.
2. Yenilənmə və remediasiya səylərini nəzərdən keçirin; Yenilənmə və remediasiya optimal təhlükəsizliyi təmin etmək üçün zamanla qoşulmuş cihazların kodunun dəyişdirilməsini nəzərdə tutur. Cihazları şəbəkəyə qoşmazdan əvvəl İoT qurğularının programlarını yeniləməli və parolları dəyişdirilməlidir.
3. Ən müasir şifrələmə protokollarından istifadə edin; Şifrələnməmiş məlumatlar kibercinayətkarlara həssas məlumatları əldə etməyə və ya hətta şəbəkə kommunikasiyalarına qulaq asmağa imkan verir. İoT təhdidlərindən effektiv şəkildə qorunmaq üçün təşkilatlar şəbəkə daxilində bütün məlumatları şifrələməlidirlər.
4. Penetration testing və ya qiymətləndirmə aparın; Təşkilatlar İoT cihazlarını şəbəkəyə qoşmazdan əvvəl aparat və proqram təminatında qiymətləndirmə və ya pentesting həyata keçirilməlidir. Penetration testi zəiflikləri, açıqlıqları müəyyən etməyə və qarşısının alınmasına kömək edir.
5. Çox faktorlu identifikasiyadan (MFA) istifadə edin; Çox faktorlu identifikasiya resursa giriş əldə etməzdən əvvəl istifadəçilərdən iki və ya daha çox doğrulama faktoru təqdim etmələrini tələb edir. Bu identifikasiya forması ilə istifadəçilər yalnız doğrulamanı uğurla başa vurduqları halda İoT cihazına daxil ola biləcəklər.
Rəqəmsal texnologiya və əlaqəli cihazlar inkişaf etdikcə, güclü monitorinq və təhlükəsizlik sisteminə ehtiyac da artır. CYBERSIGN müəssisələrə yeni riskləri və ya zəiflikləri aşkar etmək üçün cihazları, proqramları və şəbəkələri davamlı olaraq izləmək xidməti təklif edir.