IDS (Intrusion detection systems) sistemə olan müdaxilənin aşkarlanması, IPS (intrusion prevention systems) müdaxilənin qarşısının alınması sistemləridir.
Fidyə proqramı (Ransomware) ən çox narahatlıq doğuran kibertəhdidlərdən biridir.
Ransomware hücümunda, hakerlər zərərli tətbiq vasitəsi ilə kompüter sistemini ələ keçirərək şifrələyir.Şifrələnmiş məlumatlarının geri qaytarılması üçün fidyə ödənilməsi tələb edilir.
Firewall kompüterinizi və ya şəbəkənizi zərərli və ya lazımsız şəbəkə trafikindən, kiberhücumlardan qorunmasını təmin edir. Firewall zərərli proqramın internet üzərindən sistemə daxil olmasının qarşısını alır.
Zərərli proqram, kompüterinizə, şəbəkənizə və ya veb saytınıza zərər verən bir tətbiqdir. Bu tip kiber təhdidlər şəxsi məlumatları toplamaq, işinizi pozmaq və ya rəqəmsal fəaliyyətinizə casusluq etmək üçün sisteminizə yoluxur.Zərərli proqramların ümumi nümunələri viruslar, fidyə proqramları, troyanlar, casus proqramlar, keyloggerlər-dir.
Kibertəhlükəsizlik universal məhsul deyil. Müəssisələr İnformasiya təhlükəsizliyini qorumaq və inkişaf etdirmək üçün peşəkar bir yanaşma tətbiq etməlidirlər.Bunun üçün lazım olan xüsusi həllər tətbiq etmək lazımdır: təhlükəsizlik divarları (Firewall), SİEM, XDR , EDR, email qorunması (SPAM filtration), VPN əlaqələri çox faktorlu identifikasiya (MFA), istifadəçilərin təlimatlandırılması.