IoT cihazları nədir, təhlükələri nələrdir?

IoT cihazları nədir, təhlükələri nələrdir?

IoT (Internet of Things – Əşyaların İnterneti) cihazları gündəlik həyatda istifadə olunan və internet vasitəsilə bir-biri ilə əlaqə qura bilən “ağıllı” texnologiyalardır. Onlara ağıllı saatlar, təhlükəsizlik kameraları, ağıllı ev sistemləri, printerlər, sensorlar və hətta məişət texnikası da daxildir. Bu cihazların əsas məqsədi rahatlıq, sürət və funksionallıq gətirməkdir.

Lakin, IoT cihazlarının geniş yayılması ilə yanaşı, kibertəhlükəsizlik baxımından ciddi risklər də mövcuddur. Bu cihazların əksəriyyəti yüksək təhlükəsizlik tələblərinə cavab vermədiyi üçün kiberhücumlara məruz qala bilir. Nəticədə həm fərdi istifadəçilər, həm də müəssisələr maliyyə itkiləri və məlumatların oğurlanması kimi təhlükələrlə üzləşə bilirlər.

IoT cihazlarının təhlükələri:

Zəif autentifikasiya: Sadə və ya standart şifrlərdən istifadə cihazların ələ keçirilməsini asanlaşdırır.

Məxfilik pozuntusu: Şəxsi məlumatlar oğurlana və icazəsiz paylaşıla bilir.

Şəbəkə hücumları: Qorunmayan cihazlar botnet şəbəkələrinə qoşularaq kütləvi hücumlarda istifadə olunur.

İdarəetmənin ələ keçirilməsi: Təhlükəsizlik kameraları, ağıllı qapılar və digər ağıllı sistemlər kiber cinayətkarların nəzarətinə keçə bilir.

Yenilənmələrin olmaması: Proqram təminatının vaxtında yenilənməməsi təhlükəsizlik zəifliklərini artırır.

Necə qorunmaq olar?

  • Güclü və unikal şifrlərdən istifadə edin. 
    • Cihazların proqram təminatını və firmware-ni mütəmadi olaraq yeniləyin. 
      • Lazımsız cihazları internetə qoşmayın. 
        • Router və şəbəkə təhlükəsizliyini gücləndirin. 
          • Mümkünsə, IoT cihazlarını ayrıca şəbəkədə saxlayın. 
            • Mütəmadi olaraq kibermaariflənmə təlimlərində iştirak edin. 

IoT cihazları gündəlik həyatımıza rahatlıq və yenilik gətirsə də, lazımi qaydada qorunmadıqda ciddi kibertəhlükələr yarada bilər. Bu səbəbdən istifadəçilərin həm texniki tədbirlər görməsi, həm də kibermaariflənmə vasitəsilə məlumatlı olması zəruridir.

Unutmayın: Ən mükəmməl firewall belə, aldanaraq “Bəli” cavabı verən əməkdaşı qoruya bilməz. Maariflənmək və ehtiyatlı davranmaq ən güclü qorunma üsuludur.

CYBERSIGN, şirkətlər üçün Kiber təhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kiber təhlükəsizlik xidmətlərini təklif edir.