Kibertəhlükəsizlik məsləhət xidməti
Kibertəhlükəsizlik məsləhət xidməti nədir?
Kibertəhlükəsizlik üzrə məsləhətçi, bizneslərin kiberhücumlardan qorunmasını təmin etmək üçün çoxsaylı kibertəhlükəsizlik xidmətləri göstərir.
Kibertəhlükəsizlik üzrə məsləhət xidmətləri müəssisələrin düzgün təhlükəsizlik tələblərinə cavab verməsini təmin edir.
Bütün müəssisələr, rəqəmsal məlumatlarını qorumaq üçün kibertəhlükəsizlik məsləhət xidmətlərinə etibar edirlər.
Təcrübəli bir kibertəhlükəsizlik məsləhətçisi, təşkilat daxilində işçilərə hansı təhdidlərin olduğunu, bu təhdidlərin şirkət və işçilər üçün hansı təhlükələrə səbəb ola biləcəyini və özlərini bu təhlükələrdən necə qoruya biləcəklərini maarifləndirirlər.
Kibertəhlükəsizlik məsləhət xidmətlərinin əsas məqsədləri nədir?
Kibertəhlükəsizlik üzrə məsləhət xidmətləri, şirkətlərin daha qısa müddət ərzində təhlükəsiz mühitini yaradir. Həmçinin, təhdidləri azaltmaq üçün sistemləri effektiv şəkildə konfiqurasiya edə biləcək mütəxəssislərlə təmin edir.
Kibertəhlükəsizlik məsləhətçisinin əsas rolu ümumi təhlükəsizliyi və müştərinin tələblərinə uyğunluğu artırmaq üçün məsləhət vermək və ya xidmətlər göstərməkdir.
CYBERSIGN kibertəhlükəsizlik üzrə məsləhətçiləri, kibertəhlükəsizlik risklərinin aradan qaldırılması və uyğunluğunu təmin edir. Biz, təşkilatların son vəziyyətlərını təhlil edərək, qərəzsiz qiymətləndirmə aparırıq.