Phishing hücumlarından qorunma
Phishing hücumu nədir?
Hər gün iş mühitində hər birimizə müxtəlif emaillər gəlir, bu emaillər bəzən hakerlər tərəfindən real görünməsi üçün maskalanır. Bu emaillər phishing email adlanır və bir çoxumuz phishing email qurbanı oluruq.
Phishing vasitiəsi ilə şəxsi məlumatlar ələ keçirilir, buna misal bank hesablarını, sosial media hesablarını və email hesablarını göstərmək olar.
Phishing hücumlarından qorunmaq üçün gələn email, mesaj və zənglərın həqiqi olduğundan əmin olmadan, göndərilən linkləri açmaqdan, şəxsi məlumatlarınızı daxil etməkdən qaçmalısınız.
Phishing hücumlardından necə qoruna bilərik?
- Email adreslərin doğruluğunu yoxlayın;
- Göndərilən linklərin doğruluğundan əmin olun;
- Şübhəli linklərə keçid etməyin;
- Email bilinməyən şəxsdəndirsə və şübhəlidirsə, kibertəhlükəsizlik komandanıza müraciət edin.
Phishingdən qorunmaq üçün şirkətlər işçilərinə bu barədə maarifəndirmə tədbirlər həyata keçirməli və qarşısını almaq üçün müəyyən addımlar atmalıdır.
CYBERSIGN bu növ riskləri aradan qaldırmaq və qorunmaq üçün işçilərinizi sosial mühəndislik (Phishing, Smishing və s.) hücumları haqqında maarifləndirir.
Biz daha təhlükəsiz bir iş mühiti təmin etmək üçün sizinləyik.