Penetration testing
Penetration testing (nüfuz testi) nədir?
Nüfuz testi, sizə sisteminizdə mövcud zəifliklər və onların aradan qaldırılması barədə məlumat verir.
Nüfuz testi, təhlükəsizlik sistemində istifadə edilə bilən zəiflikləri axtarmaq məqsədi ilə kompüter sisteminə edilən kiberhücumun təqlididir.
Bu test, müəssisələrinizin sistemlərində mövcud olan boşluqları, onların yarada biləcəyi təhlükələri və bu boşluqların aradan qaldırılması üçün önəmlidir.
Bu testlər unikal mühitinizə, zəifliklərinizə və texnologiyanıza uyğunlaşdırılır. Nəticələr prioritetləşdirilir, resurslarınız üçün ən böyük potensial itkilər müəyyənləşdirilir və baş verə biləcək təhlükələrin qarşısını alır.
CYBERSIGN tətbiq olunan təhlükəsizlik tədbirlərinin səmərəliliyini qiymətləndirir. Aşkar edilmiş boşluğları düzəltmək və təhlükəsizliyi gücləndirmək üçün gələcək tədbirlər planlaşdırmağa imkan verir.
Xidmətlərimizə Aşağıdakılar Daxildir:
- Sertifikatlaşdırılmış təcrübəli mütəxəssislər;
- Hibrid yanaşma;
- Real həll yolları;
- Bütün növ infrastrukturlara (veb tətbiq, mobil tətbiq və s.) nüfüz testi.
Ümumi risk və qiymətləndirməni təyin etmək üçün özümüzü potensial hakerlərin yerinə qoyuruq. Mövcud imkanlar, strategiyalar, metodlar və alətlər haqqında bildiklərimizə əsaslanaraq, risk altında ola biləcək hər hansı bir rəqəmsal sistemi aşkar edirik.