Key Reinstallation (KRACK) hücumu nədir?
KRACK (Key Reinstallation Attack) – Wi-Fi şifrləmə protokolu olan WPA2-dəki zəiflikdən istifadə edilən bir hücum növüdür. Bu boşluq, Wi-Fi bağlantısı zamanı tətbiq olunan “4-way handshake” prosesində yaranır və kibercinayətkara trafikə müdaxilə etməyə imkan verir.
Hücum necə baş verir?
Cihazınız Wi-Fi şəbəkəsinə qoşularkən təhlükəsiz əlaqə üçün xüsusi şifrləmə açarı yaradılır. KRACK hücumu zamanı kibercinayətkar bu açarın yenidən quraşdırılmasına səbəb olur və bunun nəticəsində:
Eyni açar bir neçə dəfə istifadə edilir,
Şifrləmə zəifləyir,
Kibercinayətkar trafiki oxuya, dəyişdirə və yönləndirə bilir.
Bu, hətta təhlükəsiz hesab edilən WPA2 şəbəkələrini belə ciddi risk altına salır.
KRACK hücumunun təsirləri:
Şifrəli hesab etdiyiniz Wi-Fi trafiki oxuna bilər,
Şifrlər, mesajlar və kart məlumatları ələ keçirilə bilər,
Saytlara göndərilən məlumatlar dəyişdirilə bilər,
IoT cihazları (kamera, smart TV və s.) yüksək risk altında qala bilər.
Necə qorunmalı?
- Routerin (Wi-Fi modem) firmware-i mütləq yenilənməlidir,
- Telefon, noutbuk və IoT cihazlarında təhlükəsizlik yeniləmələri daima aktiv saxlanmalıdır,
- Mümkün olduğu halda WPA2 əvəzinə WPA3 protokolundan istifadə edilməlidir,
- VPN istifadə etməklə internet trafiki əlavə olaraq şifrələnə bilər,
- Şübhəli və açıq Wi-Fi şəbəkələrinə qoşulmamaq tövsiyə olunur.
Key Reinstallation (KRACK) və bu kimi digər kiberhücumlardan effektiv şəkildə qorunmaq üçün təşkilatların və şəxslərin mütəmadi kibermaarifləndirmə təlimləri alması, baş verə biləcək hücumların qarşısının alınmasında mühüm rol oynayır.
Unutmayın: Ən mükəmməl firewall belə, aldanaraq “Bəli” cavabı verən əməkdaşı qoruya bilməz. Maariflənmək və ehtiyatlı davranmaq ən güclü qorunma üsuludur.
CYBERSIGN, şirkətlər üçün Kiber təhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kiber təhlükəsizlik xidmətlərini təklif edir.