Deepfake nədir?

Deepfake nədir?

“Deepfake” süni intellekt (AI) vasitəsilə, saxta şəkillər, səslər və videolar yaratmaq üçün istifadə edilən prosesdir. Bu daha çox sosial mühəndislikdə insanları aldatmaq üçün istifadə edilir. Bu növ kiberhücumda, əsasən siyasətçilər, məşhurlar və şirkətlər hədəf alınır.

Deepfake hücum növündə, təqlidi ediləcək şəxsin nümunə foto və videoları süni intellektə daxil edilir, süni intellekt bu videolardan, fərdin üz ifadələrini demək olar ki, mükəmməl şəkildə təqlid etmək üçün istifadə edir. Səs dəyişdirmə və səs klonlama da oxşar şəkildə işləyir.

Deepfake texnologiyaları inkişaf etdikcə, təqlid edən hərəkətlər və hətta hər bir şəxsin spesifik diksiyası getdikcə daha da inandırıcı olur, bu da reallığı deepfakedən ayırd etməyi çətinləşdirir.

Deepfake şirkətlər üçün nə qədər təhlükəlidir?

Deepfake video və audio manipulyasiya ilə şəxsiyyət oğurluğunu daha inandırıcı etməklə sosial mühəndisliyin saxtakarlığını asanlaşdırır.

Misal olaraq, www.forbes.com məlumatına əsasən, 2020-ci ildə kibercinayətkarlar saxta telefon zəngi ilə Hong Kong banklarının birindən 35 milyon dollar oğurlayıblar. Onlar özlərini bankda hesabı olan böyük bir şirkətin baş direktoru kimi göstərmək üçün deepfake'dən istifadə ediblər və bankın direktoru bu zəngə inanıb 35 milyon dollarlıq əməliyyatı təsdiqləyib.

Deepfakein bu və bunun kimi bir çox nümunələri sosial mühəndislikdə kibercinayətkarlar tərəfindən pul Oğurlamaq, fırıldaqçılıq və şantaj üçün istifadə edilib.

"Deepfake" hücumundan necə qoruna bilərik?

  • Görüntülərə diqqətlə baxmaq: Video və ya şəkil gördüyünüz zaman, şəxsin üz təsvirinə və ümumi keyfiyyət kimi detallara diqqət yetirin. 
    • Cavab strategiyasının hazırlanması: Deepfake-ə düzgün şəkildə reaksiya verməyə hazır olduğunuzdan əmin olun. 
      • Yeni kibertəhlükəsizlik standartlarının yaradılması: Buna misal olaraq “əməkdaşların kritik əməliyyatları həyata keçirmədən əvvəl onun reallığını təsdiqləmək üçün addımlar atmasını” göstərəmək olar. 
        • Əməkdaşların maarifləndirilməsi: Kibertəhlükəsizliyik mədəniyyətini inkişaf etdirmək üçün daim kibertəhlükəsizlik maarifləndirmə təlimlərini həyata keçirin. 

Unutmayın ki, “deepfake” və digər kiberhücumlar ilə mübarizə məlumatlı olmaqdan başlayır.

Məlumat təhlükəsizliyinizi qorumaq üçün “CYBERSIGN” şirkətinə müraciət edə bilərsiniz.

CYBERSIGN, şirkətlər üçün Kibertəhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.