Parollarınız nə qədər təhlükəsizdir?

Parollarınız nə qədər təhlükəsizdir?

Parollar hər birimiz üçün çox vacibdir, ancaq təəssüf ki, çoxlarımız onlar haqqında kifayət qədər məlumatlı deyilik. Parol autentifikasiya(doğrulama) prosesi zamanı istifadəçinin şəxsiyyətini yoxlamaq üçün istifadə olunan simvollar silsiləsidir. Güclü parol seçmək və onu gizli saxlamaq məlumatınızın məxfiliyini qorumaq üçün atacağınız ən vacib addımlardandır. Parollar adətən istifadəçi adı ilə birlikdə istifadə olunur, onlar yalnız istifadəçiyə məlum olur və həmin istifadəçi üçün cihaza, proqrama və ya veb-sayta girişi təmin edir.

Güclü parol seçmək üçün:

İstifadəçi adınızı və parolunuzu ələ keçirən hər kəs hesabınıza daxil ola bildiyi üçün seçilmiş parolun güclü, unikal (digər vebsaytlarda istifadə olunmaması) və davamlı dəyişdirilməsini təmin etmək vacibdir, əlavə olaraq hesablarınızın təhlükəsizliyi üçün MFA - 2FA istifadə etməyiniz məsləhətdir. MFA və 2FA bir çox hesaba daxil olmaq üçün ikinci kod tələb etməklə hesablarınızın təhlükəsizliyini daha çox qoruyur. Əgər kimsə parolunuzu aşkar edərsə, ikinci autentifikasiya(doğrulama) üsulu olmadan hesabınıza daxil ola bilməyəcək. Müxtəlif xidmətlər iki faktorlu autentifikasiyanı dəstəkləyir, o cümlədən Google, Facebook, Microsoft, Dropbox, Evernote, Twitter və bir çox digər xidmətlər.

Əsas addımlardan biri isə yadda saxlamağınız asan, lakin başqalarının təxmin etməsi çətin olan parol seçməlisiniz. Sosial şəbəkə saytlarında yerləşdirilə biləcək şəxsi məlumatlarınıza diqqət yetirin. Ev heyvanınızın və ya digər əhəmiyyətli şəxsin adı, doğum gününüz, bürcünüz parol üçün düzgün seçim deyil. "secret", "password” kimi ümumi lüğət sözlərindən və "12345678" kimi rəqəm birləşmələrindən çəkinin, çünki bunları təxmin etmək asandır.

Parollarımızı necə və harda saxlanılmalı?

Hər gün müxtəlif istifadəçi adı və parol ilə qeydiyyatdan keçərək, bir çox saytlara baş çəkirik, lakin bütün bu parolları yadda saxlamaq çox çətin ola bilər, bu səbəbdən proqramlardan və ya şifrələnmiş usb flash (Password Safe) kartlarından istifadə edilir. Beləliklə, saytlar, kompüterlər, cihazlar və onlayn bankçılıq üçün parolları və istifadəçi adını etibar edərək saxlaya bilərik.

İnternetdə parolları saxlamaq üçün onlayn və offlayn proqramlar mövcuddur, bunlara misal olaraq, onlayn Lastpass, 1Password, NordPass və s, offlayn isə Keepass, RoboForm, Enpass və bir çox digər proqramlar mövcuddur. Şifrələnmiş USB flash kartları isə Sandisk, Defender Elite və bir çox digər usblər daxildir. Təəssüflər olsun ki, qeyd edilən həllər belə 100% təhlükəsizliyi təmin etmir, bunun üçün dəyərli parollarınızı (onlayn banking və digər ödıniş portalları) yadda saxlamağınız daha uyğundur.

Təhlükəsizlik üçün hər hansısa bir portalda parol təyin etdikdə aşağıdakı nüanslara nəzər yetirmək lazımdır:

  • 8 simvoldan çox olmalı (A-Z),(0-9); 
  • Qarışıq simvollar istifadə edilməli ( ~`! @#$%^&*()_-+={[}]|\:;"'<,>.?/ ); 
  • Parol təyin edərkən doğum tarixi, ad, əlaqə nömrə bu kimi şəxsi məlumatlar istifadə edilməməli; 
  • Bir portal üçün isitfadə edilən parol, başqa bir portal üçün istifadə edilməməli;
  • Parollarınız istifadə etdiyiniz cihazının yaddaşında saxlanmamalı; 
  • Parolu başqaları ilə paylaşmamalı; 
  • MFA “çoxfaktorlu doğrulama” - 2FA “İki faktorlu doğrulama” isifadə edilməli (dəstəkləndiyi halda). 

Parollarınızın nə qədər güclü olduğunu əlavədəki vebsaytda yoxlaya bilərsiniz: Https://Www.Passwordmonster.Com/

CYBERSIGN Kibertəhlükəsizlik təlimlərinin təşkili və şirkət təhlükəsizliyi üçün həllər təklif edir.