Wi-Fi təhlükəsizliyi nədir?

Wi-Fi təhlükəsizliyi nədir?

Gündəlik həyatımızı Wi-Fi olmadan təsəvvür etmək çətindir və iş yerlərində, restoranlarda, otellərdə və digər ictimai yerlərdə Wi-Fi şəbəkəsindən istifadə edirik. Bütün hamı üçün açıq olan Wi-Fi şəbəkələrdən istifadə etmək yararlı olduğu qədərdə təhlükəlidir, belə şəbəkələrdən istifadə etdikdə şəxsi məlumatlarımız hakerlər tərəfindən ələ keçirilə bilər.

İctimai Wi-Fi lara qoşulduğumuz zamanı haker bu şəbəkədən istifadə edərək bizim məlumtları izləyə bilər, bu isə bank məlumatlarımız və digər şəxsi məlumatlarımız ücün təhlükəlidir.

Nə etməliyik?

  • İctimai Wi-Fi lara qoşulduğumuz zamanı, bank hesablarımıza daxıl olmamaq və məlumatları qeyd etməmək. 
  • Fərqli portallarda eyni paroldan istifadə etməmək. Bu, hesablarımızdan birinə giriş əldə edən hakerə bir çox hesablarımıza giriş imkanı verə bilər. 
  • Cihazın parametrlərini dəyişdirərək yaxınlıqdakı Wi-Fi şəbəkəsinə avtomatik qoşulmamaq, beləliklə ictimai Wi-Fi'dan nə vaxt və necə istifadə etdiyimizə daha çox nəzarət etmək mümkündür. 
  • sertifikatli vebsaytlardan istifade etmək, yalnız HTTPS saytlarına daxıl olmaq və yaşıl “təhlükəsiz” işarəsinin mövcud olduğundan əmin olmaq. 
  • Bu təhlükəsizliyi təmin etmək üçün hər zaman inandığımız Wi-Fi şəbəkələrindən istifadə etmək daha məsləhətdir. 

CYBERSIGN Kibertəhlükəsizlik təlimlərinin təşkili və şirkət təhlükəsizliyi üçün həllər təklif edir.