Container Escape hücumu nədir?
Container Escape hücumu kibercinayətkarın ayrılmış proqram mühitindəki məhdudiyyətləri keçərək əsas sistemə giriş əldə etməsidir. Belə hallarda təhlükə yalnız hücuma məruz qalan proqramla məhdud qalmır. Kibercinayətkar serverdə yerləşən digər proqramlara, fayllara, istifadəçi məlumatlarına və idarəetmə vasitələrinə də giriş əldə edə bilər. Nəticədə bir proqram mühitində başlayan hücum bütöv serverin və onunla əlaqəli digər sistemlərin fəaliyyətinə təsir göstərə bilər.
Hücum necə baş verməsi
Hücum əsasən ayrılmış proqram mühitlərinin zəif qorunması, sistemdə mövcud olan boşluqlar, istifadəçilərə və proqramlara həddindən artıq giriş icazələrinin verilməsi, eləcə də yeniləmələrin vaxtında aparılmaması səbəbindən baş verə bilər.
Kibercinayətkar əvvəlcə zəif qorunan proqram mühitinə daxil olur. Daha sonra mövcud boşluqlardan və artıq verilmiş icazələrdən istifadə edərək həmin mühitdən əsas sistemə keçməyə çalışır. Əsas sistemə giriş əldə etdikdən sonra digər proqramlara, fayllara və məxfi məlumatlara çıxış əldə edə, sistem parametrlərini dəyişdirə və hücumu digər serverlərə yaya bilər.
Hücumun təsirləri
- Məxfi məlumatlar oğurlana bilər
- Digər proqramlara giriş əldə oluna bilər
- Sistem faylları dəyişdirilə və ya silinə bilər
- Xidmətlərin fəaliyyəti dayandırıla bilər
- Hücum digər sistemlərə yayıla bilər
- İstifadəçi hesabları və giriş məlumatları ələ keçirilə bilər
- Şirkət üçün maliyyə itkisi və nüfuz zərəri yarana bilər
Qorunma yolları
- ✔ Ayrılmış proqram mühitlərinə yalnız tələb olunan giriş icazələri verilməlidir
- ✔ Sistem və proqramlar vaxtında yenilənməlidir
- ✔ Yalnız etibarlı mənbələrdən əldə edilən proqramlardan istifadə olunmalıdır
- ✔ Proqram mühitlərinin fəaliyyəti mütəmadi izlənilməlidir
- ✔ Şübhəli girişlər və dəyişikliklər vaxtında müəyyən edilməlidir
- ✔ Məxfi məlumatlara giriş məhdudlaşdırılmalıdır
- ✔ Təhlükəsizlik yoxlamaları dövri olaraq aparılmalıdır
- ✔ İşçilər mütəmadi kibermaarifləndirmə təlimlərinə cəlb edilməlidir
Qeyd: Bir proqram mühitində yaranan təhlükəsizlik boşluğu bütöv sistemə təsir göstərə bilər. Buna səbəbdən mühitlərin təhlükəsiz qurulması, fəaliyyətinin izlənilməsi, giriş icazələrinin məhdudlaşdırılması və yeniləmələri əsas təhlükəsizlik tədbirlərindəndir.
CYBERSIGN, şirkətlər üçün kibertəhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və müəssisə təhlükəsizliyinin təmin edilməsi xidmətlərini təklif edir.