Vishing nədir?
Vishing bir çox kiberhücum növləri ilə eyni məqsədə malikdir.
Vishing telefon zəngi ilə edilən sosial mühəndisliyi əhatə edir və məqsəd qarşı tərəfdən məlumat və ya pul oğurlamaqdır.
Vishing "Voice Phishing", insanları telefon zəngi vasitəsilə aldadaraq şəxsi məlumatlarını ələ keçirmək üçün istifadə olunan hücum növüdür.
Vishing zənglərində haker maskalanaraq özünü bankın, dövlət müəssisəsinin və ya telefon/internet provayderinin işçisi kimi təqdim edərək sizin şəxsi məlumatlarınızı əldə etməyə çalışır.
Vishing və Phishing arasındakı fərq nədir?
Vishing hücumları səsli zəngdən istifadə edərək telefonla həyata keçirilir, phishing hücumları isə email vasitəsilə həyata keçirilir.
Vishing hücumunu necə müəyyənləşdirmək olar?
Zəng edən şəxs məlumatınızı soruşur və sizi cavab verməkdə tələsdirir; Zəng edən şəxs şəxsi məlumatı soruşduqda, siz şübhə ilə yanaşmalısınız. Çox vaxt sorğunun qanuni və ya vishing fırıldaqçılığının bir hissəsi olub olmadığını dəqiq bilmək üçün heç bir yol yoxdur, sadəcə “xeyr” demək ən yaxşısıdır.
Vishing hücumunun qarşısını almaq üçün hansı addımları ata bilərsiniz?
- Tanımadığınız və ya şübhəli nömrələrdən gələn zənglər zamanı heç bir şəxsi məlumatınızı təqdim etməyin.
- Zəng edənin şəxsiyyətini doğrulayın; Zəng edən şəxsin doğruluğunu yoxlamaq üçün müəyyən addımlar ata bilərsiniz: Misal olaraq bankınız sizə zəng edərək sizdən şəxsi məlumatlarınızı tələb edirsə bu zaman zəng edən şəxsdən sizə aid bəzi bank məlumatlarının doğrulamağını istəyə bilərsiniz.
CYBERSIGN Kibertəhlükəsizlik təlimlərinin təşkili və şirkət təhlükəsizliyi üçün həllər təklif edir.