Troyan virusları nədir?

Troyan virusları nədir?

Troyan virusları, kibercinayətkarlara cihazlara uzaqdan daxil olmağa və müxtəlif zərərli fəaliyyətləri həyata keçirməyə imkan verən bir kiberhücum növüdür.

Bu hücum növü vasitəsilə kibercinayətkarlar məlumat oğurlamaq, proqramları idarə etmək və digər zərərli məqsədlərini reallaşdırmaq üçün hərəkət edirlər.

Troyan virusunu necə aşkar etmək olar?

Yoluxmuş kompüterlər və mobil cihazlar adətən daha yavaş işləyir və gözləniləndən daha çox xətalar verə bilər. Proqramlar özbaşına işə düşə, aktiv şəkildə istifadə edilmədən açıla və ya bağlana bilər. Bu və ya digər şübhəli hallar baş verdikdə, dərhal aidiyyəti şöbəyə məlumat verməlisiniz.

Troyan hücumlarının qarşısını necə almaq olar?

  • Antivirus proqramlarından istifadə edin: Müasir antiviruslar troyan viruslarını cihazınıza yoluxmadan əvvəl aşkar edərək qarşısını ala bilər.
  • Sistemlərinizi yeniləyin: Əməliyyat sistemlərini və proqramları mütəmadi olaraq yeniləmək ən vacib təhlükəsizlik addımlarından biridir.
  • Şəbəkələri monitorinq edin: Şəbəkə trafikini izləmək şübhəli aktivlikləri tez bir zamanda aşkar etməyə kömək edir.
  • Məlumatlarınızın ehtiyat nüsxəsini çıxarın: Vacib fayllarınızı mütəmadi olaraq xarici yaddaş cihazlarına və ya təhlükəsiz bulud xidmətlərinə kopyalayın.
  • Əməkdaşlarınızı maarifləndirin: Müntəzəm kibertəhlükəsizlik təlimləri vasitəsilə troyan hücumları daxil olmaqla, bütün kibertəhdidləri tanıtmaq vacibdir.

Özünüzü və şirkətinizi bu növ viruslardan qorumaq üçün daim kibertəhlükəsizlik tədbirləri haqqında məlumatlı olun və bunları həyata keçirin. Kibertəhlükəsizlik maarifləndirmə təlimlərimiz vasitəsilə rəqəmsal təhlükəsizliyinizi qoruyun!

CYBERSIGN, şirkətlər üçün kibertəhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.