Tailgating hücumu nədir?
Tailgating hücumunda haker fiziki olaraq təşkilata girmək üçün səlahiyyətli şəxslərdən birini aldadaraq arxasınca gizlicə əraziyə daxil olur.
İçəri girdikdən sonra məxfi məlumatları oğurlamaq, şirkətin şəbəkəsinə daxil olmaq və ya kompüterlərə zərərli proqramla yoluxdurmaq üçün cihazdan istifadə edə bilər.
Tailgating hücumu necə baş verir:
Haker özünü iş yoldaşı kimi göstərərək binaya daxil olan birindən qapını açmasını xahiş edə bilər.
Haker cihazının batareyasının bitdiyini söyləyərək, işçinin cihazından istifadə etməyi xahiş edə bilər. Daha sonra zərərli proqram təminatı quraşdıraraq şəxsin məlumatlarını kopyalayır.
Hansı təşkilatlar tailgaiting hücumunun riski altındadır?
- Giriş və çıxışları çox olan ofislər.
- İşçi sayısı çox olan təşkilatlar.
- Çoxlu iclas otaqları və fərqli IT resursları olan ofislər.
Tailgaiting hücumlarının qarşısını nece ala bilərik?
- İşçiləri sosial mühəndislik hücumları ilə tanış etmək.
- Tanımadığınız və şübhəli olan şəxslərə giriş imkanları yaratmamaq.
- 7/24 mühafizəçi işə götürmək və girişlərdə video nəzarət quraşdırmaq.
Şirkətlərin xidmət növündən və işçi sayından asılı olmayaraq bütün şirkətlər Kibertəhlükəsizlik məlumatlandırlıması təlimlərinin keçirilməsini təşkil etməlidir.
CYBERSIGN Kibertəhlükəsizlik təlimlərinin təşkili və şirkət təhlükəsizliyi üçün həllər təklif edir.