Sosial media təhlükəsizliyi nədir?

Sosial media təhlükəsizliyi nədir?

Bir çox sosial media platformaları istifadəçi yazılarını açıq şəkildə nümayiş etdirdiyi üçün kibertəcavüzkar istifadəçinin xəbəri olmadan səssizcə məlumat əldə edə bilər.

Sosial mediada yerləşdirilən məlumatlardan parol əldə etmək və ya biznes istifadəçilərinin şəxsiyyətini doğrulamaq üçün istifadə olunur.

Sosial mediada paylaşılan şəxsi məlumatlar kibertəcavüzkara sosial mühəndislik hücumunda hədəfin etibarını qazanmasına kömək edə bilər.

Kibertəcavüzkar sosial mediada olan məlumatlardan istifadə edərək hədəflərinə hücum edirlər.

Bu hücumlara misal olaraq:

  • Sosial mühəndislik: Kibertəcavüzkar hədəfini aldadaraq məlumatlarını əldə etmək üçün özünü yüksək vəzifəli şəxs kimi göstərə bilər.  
  • Fişinq: Kibertəcavüzkar sosial media məlumatlarından istifadə edərək, e-poçt vasitəsilə istifadəçiləri linklərə daxil olmaq və ya şəxsi məlumatlarını göndərmək üçün aldada bilər.  
  • Brend təqlidi: Kifayət qədər toplanmış məlumatla kibertəcavüzkar istifadəçiləri pul göndərmək, şəxsi məlumatları və ya hesab məlumatlarını təqdim etmək üçün biznes brendini təqlid edirlər.  
  • Sayt təhlükəsizliyinin pozulması və məlumat oğurluğu: Sosial mediadan kifayət qədər məlumat əldə etməklə, Kibertəcavüzkar hədəf aldığı təşkilatın məlumatlarını əldə etmək üçün zərərli proqram yaza və ya daxili şəbəkəyə girişi təmin edə bilər.  
  • Zərərli proqramların yayılması: Brend təqlidi kimi, kibertəcavüzkar qanuni biznes olduğunu iddia edən domenlər və vebsaytlar yaradaraq istifadəçiləri zərərli proqram yükləmək və ya məlumatları təqdim etmək üçün aldada bilər.  
  • Məlumatların pozulması: Kibertəcavüzkar hesab etimadnaməsinə giriş əldə edərək, təşkilatın əhəmiyyətli məlumatlarının pozulmasına səbəb ola bilər.  

 

Əksər sosial media təhdidləri işçilərin həddən artıq çox şəxsi və biznes məlumatlarını ictimaiyyətə açıqlamasından qaynaqlanır. Bu hesablar əlbətdəki şəxsidir və müəssisələr istifadəçilərin sosial mediada iştirakına mane ola bilməzlər. Lakin müəssisələr istifadəçilərin məlumatlarını və etimadnamələrini qorumaq üçün bu təhlükələr haqqında maarifləndirə bilərlər.

Son olaraq qeyd etmək lazımdır ki, istifadəçilər heç vaxt sosial media hesablarında şəxsi korporativ məlumatları və ya hesabın ələ keçirilməsində səbəb ola biləcək məlumatları paylaşmamalıdılar.

CYBERSIGN Kibertəhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyi üçün həllər təklif edir.