Sim swap hücumu nədir?
Sim swap hücumu, mobil opertaorlar müştərilərinin, şəxsi nömrələrini ələ keçirməklə baş verə bilən təhlükəli bir hücum növüdür.
Bu hücum zamanı, kibercinayətkar müştəri kimi nəzərdə tutulan şəxsə aid olan telefon nömrəsini əldə edərək, həmin nömrəni öz SIM kartına köçürür. Daha sonra, istifadəçinin mobil nömrəsi artıq cinayətkarın nəzarəti altında olur.
Kibercinayətkar, əldə etdiyi mobil nömrədən istifadə etməklə, şəxsin bank xidmətlərinə, digər onlayn xidmətlərinə və şəxsi məlumatlarını əldə etməyə cəhd edə bilər.
Sim Swap hücumundan qorunma yolları:
- İki faktorlu təsdiqləmə (2FA): Bütün onlayn hesablarınızda iki faktorlu təsdiqləməni aktiv edin. Bu, şəxsi məlumatlara giriş zamanı təhlükəsizliyi artırır.
- Nömrənin təhlükəsizlik tədbirləri: Telefon operatorundan, nömrələrin təhlükəsizliyini artırmaq üçün lazımi tədbirləri öyrənməli və tətbiq etməli.
- Güclü şifrlərdən istifadə edin: Onlayn hesablara daxil olanda mümkün qədər güclü və unikal şifrlər istifadə edin. Eyni şifrləri birdən çox hesabda istifadə etməyin.
- Şübhəli fəaliyyətlərə diqqətli olun: Telefonunuza şübhəli zənglər və ya mesajlar gəldiyində, operatordan dəstək alın və məsələni araşdırın.
- Antivirus proqramından istifadə edin: Cihazınızda təhlükəsizliyi təmin etmək üçün güclü antivirus proqramlarından istifadə edin və onları daim yeniləyin.
- Təlim alın: Sim Swap və bu kimi hücum növləri haqqında mütəmadi olaraq təlimatlanın.
Qeyd olunan tədbirlərə əməl etməklə, Sim Swap hücumlarına qarşı daha yaxşı qorunma təmin edərək təhlükəsizliyinizi artıra bilərsiniz.
Məlumat təhlükəsizliyinizi qorumaq üçün “CYBERSIGN” şirkətinə müraciət edə bilərsiniz.
CYBERSIGN, şirkətlər üçün Kiber təhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kiber təhlükəsizlik xidmətlərini təklif edir.