Shoulder surfing nədir?

Shoulder surfing nədir?

Shoulder surfing hücumu haker şəxsi məlumatları əldə etmək üçün cihazın ekranına və ya ATM (bankomat) daki klaviaturasına fiziki olaraq baxa biləcəyi vəziyyəti təsvir edir. Məlumatları əldə etmək üçün hakerin qurbana fiziki yaxın olmasını tələb edən bir neçə hücum metodundan biridir.

Hakerlər shoulder surfing üçün hətta durbin və ya digər optik cihazlardan istifadə edirlər. Məqsəd istifadəçi adları və parolları, dəyərli məlumatları, kredit kart nömrələri kimi məlumatları əldə etməkdir.

Shoulder surfing hücumları nə vaxt baş verə bilər?

1. İctimai yerlərdə telefon və ya komputerinizdən istifadə etdikdə.

2. ATM (bankomatlar) dan istifadə etdikdə.

ATM shoulder surfing ən çox bilinən hücumlardandır, bu hücumlardan qorunmaq üçün əlavədəkilərə nəzər yetirin:

  • ATM'də tanımadığınız şəxslərın köməyini qəbul etməyin, lazım olan təqdirdə bank işçilərindən kömək istəyin. 
  • Həmişə ətrafınızdan xəbərdar, ictimai yerlərdə ehtiyatlı olun və kiminsə sizi izlədiyini, cihaza və ya ATM'də nə daxil etdiyinizi görmək imkanları olmadığından əmin olun. 
  • Əməliyyatınız bitənə və sistemdən tamamilə çıxana qədər ATM'də gözləyin. Erkən da galan məlumatlarınız növbəti şəxsə hesabınıza giriş imkanı verir. 
  • Hesab balansınızı və bank çıxarışlarınızı mütəmadi olaraq yoxlayın və uyğunsuzluqlar barədə dərhal bankınıza məlumat verin. 

CYBERSIGN bütün işçilərinizi maarifləndirərək, baş verə biləcək kiberhücumların risklərini azaldır.