• Ana səhifə
  • Blog
  • Rogue Software Attack – Saxta təhlükəsizlik proqramları ilə hücum

Rogue Software Attack – Saxta təhlükəsizlik proqramları ilə hücum

Rogue Software Attack – Saxta təhlükəsizlik proqramları ilə hücum

“Rogue Software Attack” (saxta proqram təminatı hücumu) – istifadəçiləri aldadaraq saxta antivirus və təhlükəsizlik proqramları yükləməyə məcbur edən bir kiberhücum növüdür. Kibercinayətkarlar bu üsulla zərərsiz görünən, lakin əslində cihazınıza ciddi təhlükə yaradan proqramlar yayımlayırlar.

Bu hücum necə işləyir?

  • Saxta xəbərdarlıqlar: Ekranda “Kompüteriniz virusa yoluxub!” kimi pop-up (böyüyən) bildirişlər və saxta mesajlar görünür.
  • Aldadıcı yükləmə: İstifadəçi yaranmış qorxu səbəbindən problemi həll etmək məqsədilə təklif olunan saxta proqramı cihazına yükləyir.
  • Zərərli fəaliyyətlər: Proqram arxa planda şəxsi məlumatları oğurlayır, cihaza real viruslar yerləşdirir və ya fidyə proqramlarını (ransomware) aktivləşdirir.

Hücumun təsirləri:

  • • Şəxsi, korporativ və maliyyə məlumatlarınızın oğurlanması;
  • • Cihazın iş sürətinin kəskin azalması və nəzarətin kibercinayətkarların əlinə keçməsi;
  • • Sistemdəki real və lisenziyalı təhlükəsizlik proqramlarının deaktiv edilməsi.

qorunma yolları

  • Təhlükəsizlik proqramlarını yalnız rəsmi və tanınmış mənbələrdən yükləyin.
  • Qəfil qarşınıza çıxan pop-up mesajlarına, xəbərdarlıqlara və şübhəli reklamlara klikləməyin.
  • Cihazınızda daim etibarlı, lisenziyalı və mütəmadi yenilənən antivirus proqramlarından istifadə edin.
  • Sistemdə hər hansı şübhəli fəaliyyət hiss etdikdə dərhal rəsmi antivirusunuzla tam skan əməliyyatı başladın.

Nəticə

Kibertəhlükəsizliyinizə daim diqqət yetirin və rəqəmsal mühitdə tələbkar olun – saxta təhlükəsizlik proqramlarının qurbanına çevrilməyin!

Məlumat təhlükəsizliyinizi qorumaq üçün “CYBERSIGN” şirkətinə müraciət edə bilərsiniz.

CYBERSIGN, şirkətlər üçün kibertəhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.