RFID Skimming hücumu nədir?

RFID Skimming hücumu nədir?

“RFID Skimming” hücumu – radio tezlikli identifikasiya (RFID) texnologiyasına sahib kartlar və cihazlardakı məlumatların icazəsiz oxunması və oğurlanması üsuludur. Bu kibercinayət növü kredit və debet kartları, elektron pasportlar, eləcə də giriş kartları üçün ciddi təhlükə yaradır.

RFID Skimming necə işləyir?

RFID çipləri məlumatları simsiz ötürmək üçün nəzərdə tutulub. RFID skimmer adlanan qurğular isə bu siqnalları məsafədən oxuya bilir. Kibercinayətkarlar ictimai yerlərdə – metroda, ticarət mərkəzlərində, hava limanlarında, kafelərdə və ya avtobusda sizə yaxınlaşaraq kartınızdakı məlumatları gizlicə əldə edə bilərlər.

RFID skimmerlərin əsas xüsusiyyətləri:

  • • Məlumatı oxumaq üçün fiziki təmas tələb olunmur;
  • • Məsafədən məlumat oğurlamaq prosesi olduqca tez və səssiz baş verir;
  • • Əldə edilən məlumat klonlanaraq asanlıqla saxta kartlara köçürülə bilər.

RFID Skimming-in təhlükələri:

  • Kredit və debet kartları: Kart məlumatları oğurlanaraq icazəsiz maliyyə tranzaksiyaları (əməliyyatları) edilə bilər.
  • Elektron pasport və şəxsiyyət vəsiqələri: Şəxsi məlumatlar ələ keçirilərək fırıldaqçılıq fəaliyyətlərində istifadə oluna bilər.
  • Giriş kartları: İş yerlərindəki fiziki təhlükəsizlik sistemləri aldadılaraq qorunan obyektlərə icazəsiz girişlər edilə bilər.

RFID Skimming hücumundan necə qorunmaq olar?

  • RFID bloklayıcı cüzdanlar və kartlar: RFID qoruyucu materiallardan hazırlanan xüsusifikasiya olunmuş cüzdanlar siqnalların kənardan oxunmasının qarşısını alır.
  • Metal qutu və ya alüminium folqa istifadəsi: Kartlarınızı alüminium folqada və ya xüsusi metal qutularda saxlamaq siqnalların skimmerlər tərəfindən tutulmasını çətinləşdirir.
  • Maliyyə hesablarınızı daim yoxlayın: Bank hesablarınızdakı tranzaksiyaları mütəmadi izləyin və şübhəli əməliyyatları dərhal bankınıza bildirin.
  • RFID kartlarınızı ehtiyac olmadıqda daşımayın: G& gündəlik mühitdə hər zaman istifadə etmədiyiniz RFID əsaslı kartları yanınızda gəzdirməyin.
  • RFID funksiyasını deaktiv edin: Bəzi kartlar və mobil tətbiqlər üçün simsiz ödəniş funksiyasını tənzimləmələrdən müvəqqəti və ya daimi olaraq deaktiv edin.

Nəticə

RFID texnologiyası gündəlik həyatımızda böyük rahatlıq yaratsa da, müvafiq təhlükəsizlik risklərini də unutmamaq lazımdır. Məlumatlarınızı qorumaq üçün qeyd olunan sadə tövsiyələrə əməl edərək fərdi rəqəmsal təhlükəsizliyinizi təmin edin.

Məlumat təhlükəsizliyinizi qorumaq üçün “CYBERSIGN” şirkətinə müraciət edə bilərsiniz.

CYBERSIGN, şirkətlər üçün kibertəhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.