QR kod fırıldaqçılığı nədir?

QR kod fırıldaqçılığı nədir?

Günümüzdə, texnologiyanın inkişaf etdiyi bir dövrdə kiberhücum növləri daim inkişaf etməkdədir. Bildiyimiz kimi, kiberhücumların bir çox növü mövcuddur və bu hücum növlərindən biri də QR kod vasitəsilə edilən hücumlardır. Bir çox insan QR kodlara inanaraq onları istifadə etməkdədir, lakin bu, ciddi təhlükələrə yol aça bilər. QR kod hücumları, istifadəçilərin məlumatlarını oğurlamaq və zərərli proqramları yaymaq məqsədi ilə istifadə olunan bir kiberhücum növüdür.

Bu hücum növündə, kiberhücumçular QR kodları manipulyasiya edir və onları zərərli veb saytlara yönləndirirlər. İstifadəçilər QR kodu skan etdikdə, zərərli sayta yönləndirilə bilər və bunun nəticəsi olaraq, şəxsi məlumatlarını paylaşmış ola bilərlər.

Bu təhlükədən qorunmaq üçün bəzi əsas tədbirlər mövcuddur:

  • QR kodlara etibar etməyin: Bilinməyən mənbələrdən gələn QR kodları skan etməkdən çəkinin. Etibar etdiyiniz mənbələrdən gələn kodları istifadə edin.
  • QR kodları yoxlayın: QR kodunun mənşəyinə və mövzusuna diqqət yetirin.
  • Zərərli veb saytlardan çəkinin: Skan etdikdən sonra URL-i yoxlayın. Əgər şübhəli bir yerə yönləndirilirsə, dərhal saytdan çıxın.
  • Ehtiyatlı olun: Bank kartı və ya digər gizli məlumatları paylaşmaq üçün QR kodları istifadə etməyin.
  • Mobil cihazlarınızı müdafiə edin: Güclü antivirus və anti-malware proqramlarını quraşdırın.
CYBERSIGN, şirkətlər üçün Kibertəhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.