Overlay hücumu nədir ?

Overlay hücumu nədir ?

“Overlay” (üzbəüz örtmə) hücumu zamanı kibercinayətkarlar cihazınıza zərərli tətbiq yükləyərək ekrana saxta giriş pəncərəsi əlavə edirlər. Siz bu saxta pəncərəyə inandığınız üçün öz giriş məlumatlarınızı daxil edirsiniz. Nəticədə, məlumatlar dərhal hücumçulara ötürülür və hesabınız ələ keçirilir.

Overlay hücumunun təhlükələri:

  • Bank və ödəniş sistemləri: Bank hesablarınızın giriş məlumatları oğurlanaraq maliyyə fırıldaqları edilə bilər.
  • Sosial media və e-poçt hesabları: Şəxsi hesablarınız ələ keçirilərək fəaliyyətiniz gizli şəkildə izlənilə bilər.
  • Korporativ sistemlərdəki risklər: İş yerlərinə məxsus giriş məlumatları ələ keçirilərək müştəri və şirkət məlumatları oğurlana bilər.

qorunma yolları

  • Tətbiqləri yalnız rəsmi mənbələrdən (Google Play, App Store) yükləyin.
  • Tətbiq icazələrini mütəmadi yoxlayın və şübhəli icazələri təsdiqləməyin.
  • Çoxfaktorlu autentifikasiyanı (MFA) mütləq aktiv edin.
  • Etibarlı və lisenziyalı antivirus proqramlarından istifadə edin.
  • Şübhəli pop-up (adı açılan) pəncərələrə və bildirişlərə qarşı diqqətli olun.

Nəticə

Overlay hücumları vizual olaraq orijinal səhifələrdən fərqlənmədiyi üçün hər bir rəqəmsal addımda ayıq-sayıq olmaq vacibdir. Kimlik məlumatlarınızı daxil etməzdən əvvəl arxa planda naməlum bir tətbiqin işləmədiyindən əmin olun.

Məlumat təhlükəsizliyinizi qorumaq üçün “CYBERSIGN” şirkətinə müraciət edə bilərsiniz.

CYBERSIGN, şirkətlər üçün kibertəhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.