Onlayn oyunların kiber riskləri nələrdir?
Oyun dünyasında əsas diqqətimiz qalib gəlmək və qələbə qazanmaqdır amma hər zaman itkilərə səbəb ola biləcək kiber risklərə də diqqət etməliyik.
Son dövrlərdə onlayn oyunlara tələbat artdığından, kibercinayətkarlar, istifadəçilərin şəxsi məlumatlarına və oyun daxili aktivlərinə görə onları hədəfə alırlar.
Onlayn oyunlar zamanı təhlükəsizliyinizi təmin etmək üçün aşağıda qeyd olunanlara diqqət yetirmək lazımdır:
- Güclü və mürəkkəb şifrələr: Oyun hesablarınızın hər biri üçün güclü və mürəkkəb şifrələrdən istifadə edin.
- Çoxfaktorlu identifikasiyanı (MFA) aktivləşdirin: Daha təhlükəsiz bir hesab üçün mümkün olduqda, MFA-nı aktiv edin.
- Fişinq hücumlarından diqqətli olun: Şübhəli e-poçtlardan diqqətli olun və faylları açmaqdan və ya naməlum linklərə klikləməkdən çəkinin.
- Sistemlərinizi və proqram təminatlarınızı daim yeniləyin: Oyun sistemlərini, qrafik diver -larını və proqram təminatını mütamadi olaraq yeniləyin.
- Etibarlı antivirus istifadə edin: Kompüterinizi və mobil cihazlarınızı zərərli proqramlardan qorumaq üçün “antivirus”lardan istifadə edin.
- Oyun hesablarınızı qoruyun: Hesabın bərpası üçün güclü təhlükəsizlik sualları və cavablarından istifadə edin. İctimai kompüterlərdə oyun hesablarınıza daxil olmaqdan çəkinin və heç vaxt giriş məlumatlarınızı cihazlarda saxlamayın.
- Əlavə təhlükəsizlik üçün VPN istifadə edin: İnternet bağlantınızı şifrələmək və məlumatlarınızı potensial təhlükələrdən qorumaq üçün oyun oynayarkən Virtual Şəxsi Şəbəkədən (VPN) istifadə edin.
- Oyundaxili əməliyyatlarınıza nəzarət edin: Oyun daxili əməliyyatlara və alışlara diqqət yetirin. Hər hansı icazəsiz əməliyyatlar barədə oyunun dəstək komandasına məlumat verin.
Qeyd olunan kibertəhlükəsizlik məsləhətlərinə əməl etməklə, şəxsi məlumatlarınızı, oyun daxili aktivlərinizi və hesabınızı qoruyaraq, onlayn oyunları rahatlıqla oynaya bilərsiniz.
Qeyd edək ki, oyunla bağlı ən son təhdidlər və təhlükəsizlik tədbirləri haqqında məlumatlı olmaqla təlükəsizliyinizi təmin edə bilərsiniz.
Kiber təhlükəsizlik maarifləndirmə təlimlərimiz vasitəsilə rəqəmsal təhülkəsizliyinizi qoruyun!
CYBERSIGN, şirkətlər üçün kibertəhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.