Lüğət Hücumu nədir?
“Lüğət hücumu” (Dictionary Attack) – zəif və asan təxmin edilə bilən şifrləri hədəf alan kiberhücum növüdür. Bu hücum zamanı kibercinayətkarlar əvvəlcədən hazırlanmış şifr siyahılarından istifadə edərək autentifikasiya sistemlərini ələ keçirməyə çalışırlar.
Lüğət hücumunun işləmə prinsipi:
Kibercinayətkarlar ən çox istifadə olunan məşhur şifrlərdən, standart kombinasiyalardan və ya adi sözlərdən ibarət xüsusi bir “lüğət” hazırlayırlar. Daha sonra avtomatlaşdırılmış proqram təminatları və alətlər vasitəsilə bu siyahıdakı şifrləri sistemdə bir-bir yoxlayaraq düzgün kombinasiyanı tapmağa çalışırlar. Əgər uyğun bir şifr tapılarsa, kibercinayətkar hədəf hesab üzərində tam nəzarət əldə edir.
Lüğət hücumunun təsirləri:
- • Şəxsi məlumatların ələ keçirilməsi: İstifadəçi hesabları və fərdi məlumatlar oğurlanaraq bədxah məqsədlərlə istifadə oluna bilər;
- • Maliyyə zərərləri: Onlayn bank və ödəniş sistemlərinə giriş əldə edilərək birbaşa maliyyə itkilərinə səbəb ola bilər;
- • Korporativ sistemlərə təhlükə: Şirkət əməkdaşlarının parolları sındırılmaqla daxili şəbəkələrə sızma təmin edilə və ciddi təhdidlər yaradıla bilər.
Lüğət hücumundan qorunma yolları:
- ✓ Güclü və mürəkkəb şifrlərdən istifadə edin: Ən azı 12 simvoldan ibarət olan, böyük-kiçik hərflər, rəqəmlər və xüsusilə xüsusi simvollarla qarışdırılmış şifrlər seçin.
- ✓ İki faktorlu autentifikasiyanı (2FA) tətbiq edin: Hesabınıza giriş üçün yalnız şifrə ilə kifayətlənməyib, birdəfəlik kodlar kimi əlavə bir təhlükəsizlik qatı yaradın.
- ✓ Hesabın bloklanması mexanizmini aktivləşdirin: Uğursuz giriş cəhdlərinin müəyyən saydan (məsələn, 3 və ya 5 dəfə) çox olması halında hesabın avtomatik və müvəqqəti bloklanmasını təmin edin.
- ✓ Şifrləri mütəmadi olaraq yeniləyin: Eyni şifri fərqli platformalarda ortaq və uzun müddət istifadə etməkdən qətiyyətlə çəkinin.
- ✓ Şifrləri təhlükəsiz saxlayın: Şifrlərinizin brauzerlərdə və ya mətn sənədlərində deyil, şifrlənmiş formatda qorunması üçün etibarlı şifr idarəetmə (Password Manager) vasitələrindən istifadə edin.
Nəticə
Qeyd olunan sadə, lakin effektiv təhlükəsizlik tövsiyələrinə əməl edərək lüğət hücumlarının və digər kibertəhdidlərin qarşısını asanlıqla ala bilərsiniz. Bu proaktiv addımlar fərdi və korporativ hesablarınızı daha güvənli edəcəkdir.
Məlumat təhlükəsizliyinizi qorumaq üçün “CYBERSIGN” şirkətinə müraciət edə bilərsiniz.
CYBERSIGN, şirkətlər üçün kibertəhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.