Kibertəhlükəsizlik maarifləndirmə təlimi niyə önəmlidir?
Kibertəhlükəsizlik maarifləndirməsi şirkətlər üçün ən vacib amillərdən biridir, çünki işçilərin təhlükəsizlik haqqında az bilikləri şirkət üçün kiber risklərə səbəb olur. Bu risklər isə təşkilatlar və müəssisələr üçün çox kritikdir.
Beləliklə kibertəhlükəsizlik maarifləndirmə təlimi təşkilatların risklərini, təhdidlərini aradan qaldırmaq və işçiləri daha təhlükəsiz addımlar atmaq üçün maarifləndirir.
Bu təlim işçilərə düzgün kibergigiyenanı, kiber riskləri tanımağa, qarşılaşa biləcəkləri kiberhücumları müəyyən etməyə kömək edir.
Kibertəhlükəsizlik maarifləndirmə təliminə aşağıdakiları aid etmək olar:
- Şəxsi məlumatların qorunması.
- Parolların təhlükəsizliyinin artırılması.
- İctimai yerlərdə internetdən istifadə qaydaları.
- Sosial mühəndisliyi hücumları haqqında məlumatlandırlması. (Phishing, Smishing, Vishing və s.)
- Bank hesablarının təhlükəsiz istifadəsi.
- CEO fraud - Menecerlərə yönələn kiber hücumları.
Şirkətlərin xidmət növündən və işçi sayından asılı olmayaraq bütün şirkətlər Kibertəhlükəsizlik məlumatlandırlıması təlimlərinin keçirilməsini təşkil etməlidir.
CYBERSIGN Kibertəhlükəsizlik təlimlərinin təşkili və şirkət təhlükəsizliyi üçün həllər təklif edir.