Invoice scam nədir?
Faktura fırıldaqçılığı, şirkətlərə qarşı hesab-fakturanın manipulyasiyasını və ya saxtalaşdırılmasını nəzərdə tutan dələduzluqdur. Misal olaraq, hakerlər şirkətin qaimə-fakturasinda bank hesablarını dəyişərək şirkəti saxta hesaba ödəniş etməyə yönləndirir.
Faktura fırıldaqçıları necə işləyir?
Fırıldaqçılar hesab-fakturaları ələ keçirmək üçün müxtəlif üsullardan istifadə edə bilərlər, o cümlədən:
İnternet üzərində paylaşılmış hesab-fakturanın istifadə edilməsi.
Poçt mərkəzlərindən və ya məktub qutularından hesab-fakturaların əldə olunmasi.
Şirkətin IT sisteminə daxil olaraq faktura e-poçtlarında hesab nömrələrinin dəyişdirilməsi.
Faktura fırıldaqçılığının necə qarşısını almaq olar?
- İşçilərinizi maarifləndirin.
- Uyğunlaşdırmadan istifadə edin. (Misal olaraq, sizə faktura göndərilmiş şirkətə zəng edərək fakutaranın təsdiqini alın.)
- Ödəniş təfərrüatlarını nəzərdən keçirin və yoxlayın.
- Faktura məlumatlarını diqqətlə yoxlayın.
- Ödəniş etdiyiniz şirkətlə aranızda hər hansi bir təhlükəsizlik sisteminin olmasını təmin edin (Buna misal, şifrələnmiş e-poçt sistemindən istifadə).
- Hesab-fakturalarda dəyişilən hesab nömrələrini təsdiqini alın.
- Ödənişin təsdiqi üçün şirkət prosedurasindan istifadə edin.
CYBERSIGN Kibertəhlükəsizlik təlimlərinin təşkili və şirkət təhlükəsizliyi üçün həllər təklif edir.