Human-Based attack nədir?

Human-Based attack nədir?

Kibertəhlükəsizlikdə ən zəif halqa insanlardır, buna görə istənilən təşkilatın təhlükəsizlik strategiyasındakı ən çox xətalara insanlar (human error) səbəb olur.

Sosial mühəndislik hücumları ilə kiberdələduzlar insanların bu zəifliyindən istifadə edərək təhlükəsizliyi pozmağa və həssas məlumatları əldə etməyə çalışırlar.

Kibercinayətkarlar insan emosiyalarından müxtəlif psixoloji hiylələrlə sui-istifadə edirlər.

Onlar daha sonra pul, məxfi məlumatları oğurlamaq üçün fiziki və ya texnoloji təhlükəsizliyinizi poza bilərlər. Sosial mühəndislik hücumunun qarşısını almağın yeganə yolu təcavüzkarların istifadə etdiyi üsulları, psixoloji taktikalari və texnoloji vasitələri öyrənməkdir.

Sosial mühəndislik hücumlarının müxtəlif üsulları var:

  • İnsan əsaslı 
  • Mobil əsaslı 
  • Kompüter əsaslı 

 

Kibercinayətkarlar qanuni istifadəçi kimi çıxış edib və ya daha yüksək orqan kimi maskalanaraq sizdən məlumatlarınızı tələb edə bilər.

Sosial mühəndislik hücumu təşkilatlar üçün kritik təhlükədir, bu səbəbdən təşkilatlar kibertəhlükəsizlik strategiyasının əsas hissəsi kimi bu hücumların qarşısının alınması və azaldılmasına üstünlük verməlidilər.

Sosial mühəndislik hücumuna qarşı ilk müdafiə xəttiniz işçi heyətinin kibertəhlükəsizlik haqqında maarifləndirilməsidir.

CYBERSIGN şirkətlər üçün Kibertəhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və idarə olunmasını xidmətlərini təklif edir.