Fiziki Təhlükəsizlik Nədir?

Fiziki Təhlükəsizlik Nədir?

Fiziki təhlükəsizlik maddi aktivləri, infrastrukturu və insanları icazəsiz girişdən, oğurluqdan və digər fiziki təhlükələrdən qorumaq üçün tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Fiziki təhlükəsizlik ümumi kibertəhlükəsizliyin əsasını təşkil edir. Bu, iş yerinizi, kompüter avadanlıqlarınızı və məxfi məlumatlarınızı fiziki təhlükələrdən qorumaq üçün tədbirləri əhatə edir.

Güclü fiziki təhlükəsizlik strategiyası təşkilatınızı qorumaq üçün hərtərəfli yanaşma təmin edir.

Fiziki Təhlükəsizlik üçün atacağınız bəzi addımlar:

  • Təmiz Masa Siyasətinə əməl edin: İş masanızdan uzaqlaşarkən məxfi sənədlər olan rəflərinizi hər zaman kilidləyin və icazəsiz istifadənin qarşısını almaq üçün kompüter və mobil cihazları parol və ya PIN kodlarla qoruyun. 
  • Giriş kartlarınızı qoruyun: Giriş açarınızı, kartınızı və ya parolunuzu heç kimlə paylaşmayın. 
  • Tailgating: İcazəsiz şəxslərin sizi təhlükəsiz ərazilərdə izləməsinə icazə verməyin. Şirkətə daxil olduğunuz zamanı kimlərinsə sizin arxanızca daxil olmasına imkan verməyin. 
  • Çiyin sörfinqindən (shouldersurfing) ehtiyatlı olun: Ətrafınızda sizi kimin müşahidə edə biləcəyindən xəbərdar olun. Çiyin sörfinqinin qarşısını almaq üçün ictimai yerlərdə parollar, PIN-lər və ya məxfi məlumatları daxil edərkən diqqətli olun, kibercinayətkarlar sizi izləyərək məlumat oğurlamağa çalışa bilər. 
  • Sənədin Təhlükəsiz Utilizasiyası: Məxfi sənədləri adi zibil qutusuna atmayın. Sənədləri atmazdan əvvəl kağız parçalayıcıdan istifadə edin. 

 

Unutmayın ki, kibertəhlükəsizlik kollektiv səydir və hər bir şəxs şirkətin məlumatlarının qorunmasında mühüm rol oynamalıdır.

Kibertəhlükəsizlik maarifləndirmə təlimi ilə fərdlər və təşkilatlar Fiziki Təhlükəsizliklərini təmin edə bilərlər.

CYBERSIGN şirkətlər üçün Kibertəhlükəsizlik maarifləndirmə təlimləri və xidmətlərini təklif edir.