Deepfake nədir?

Deepfake nədir?

Deepfake süni intellekt (AI) vasitəsilə, saxta şəkillər, səslər və videolar yaratmaq üçün istifadə edilən prosesdir. Bu daha çox sosial mühəndislikdə insanları aldatmaq üçün istifadə edilir. Daha çox siyasətçilər, məşhurlar və şirkətlər hədəf alınır.

Deepfake necə yaradılır?

Bu zaman təqlidi ediləcək şəxsin nümunə foto və videoları süni intellektə daxil edilir, süni intellekt bu videolardan fərdin üz ifadələrini demək olar ki, mükəmməl şəkildə təqlid etmək üçün istifadə edir. Səs dəyişdirmə və səs klonlama da oxşar şəkildə işləyir. Deepfake texnologiyaları inkişaf etdikcə, təqlid edən hərəkətlər və hətta hər bir şəxsin spesifik diksiyası getdikcə daha da inandırıcı olur, bu da reallığı deepfake'dən ayırd etməyi çətinləşdirir.

Deepfake şirkətlər üçün nə qədər təhlükəlidir?

Deepfake video və audio manipulyasiya ilə şəxsiyyət oğurluğunu daha inandırıcı etməklə sosial mühəndisliyin saxtakarlığını asanlaşdırır.

Misal olaraq, www.forbes.com məlumatına əsasən, 2020-ci ildə kibercinayətkarlar saxta telefon zəngi ilə Hong Kong banklarının birindən 35 milyon dollar oğurladılar. Onlar özlərini bankda hesabı olan böyük bir şirkətin baş direktoru kimi göstərmək üçün deepfake'dən istifadə etmişdilər və bankın direktoru bu zəngə inanıb 35 milyon dollarlıq əməliyyatı təsdiqləmişdi. Deepfake'in bu və bunun kimi bir çox nümunələri sosial mühəndislikdə kibercinayətkarlar tərəfindən pul qəsbi, fırıldaqçılıq və şantaj üçün istifadə edilib.

Deepfake'dən Necə Qoruna Bilərik?

  • İşçilərin təlim edilməsi. Müəssisələr kibertəhlükəsizliyi iş yeri mədəniyyətinə çevirib inkişaf etdirmək üçün sistematik yanaşmalıdırlar. 
  • Cavab strategiyası hazırlayın. Deepfake-ə düzgün şəkildə reaksiya verməyə hazır olduğunuzdan əmin olun. 
  • Yeni təhlükəsizlik standartları yaradın. Buna misal olaraq işçilərin kritik əməliyyatları həyata keçirmədən əvvəl onun reallığını təsdiqləmək üçün addımlar atmasını göstərmək olar. 

Daha təhlükəsiz mühit üçün CYBERSIGN sizinlədir. CYBERSIGN Kibertəhlükəsizlik təlimlərinin təşkili və şirkət təhlükəsizliyi üçün həllər təklif edir.