CryptoLocker nədir?

CryptoLocker nədir?

“CryptoLocker” qurbanın sənədlərini şifrələyən və şifrənin açılması müqabilində ödəniş tələb edən fidyə proqramının bir növüdür.

Bu proqram kompüterə daxil oldqudan sonra bütün lazımı faylları şifrələmə alqoritmlərindən istifadə edərək şifrələyir və onları şəxs üçün əlçatmaz edir.

Şifrələmə tamamlandıqdan sonra, “CryptoLocker” qurbanın ekranına şifrə açarı müqabilində ödəniş tələb edən fidyə mesajı çıxarır.Qurban göstərilən müddət ərzində fidyə ödəməsə, şifrənin açarı həmişəlik yoxa çıxır və şəxs şifrələnmiş sənədlərini itirir.

“CryptoLocker” və digər fidyə proqramlarından qorunmaq üçün atacağınız bəzi addımlar:

  • Əhəmiyyətli sənədlərinizin mütəmadi olaraq ehtiyat nüsxəsini çıxarmaq: Vacib sənədlərinizin bir nüsxəsi varsa, fidyə proqramı ilə şifrələnsə belə onları bərpa edə bilərsiniz. Çıxartdığınız nüsxələri xarici sabit disk və ya bulud saxlama kimi etibarlı bir yerdə saxladığınızdan əmin olun. 
  • Proqram təminatınızı yeniləyin: CryptoLocker tez-tez kompüterlərə yoluxmaq üçün proqram və əməliyyat sistemlərindəki zəifliklərdən istifadə edir. Bunun qarşısını almaq üçün bütün proqram və əməliyyat sistemlərinizə ən son təhlükəsizlik yeniliklərini yükləyin.;
  • Gələn e-poçtlara diqqətli yanaşın: Hakerlər tez-tez fişinq e-poçt kampaniyaları yaradaraq CryptoLocker kimi ransomware proqramlarını bank və ya çatdırılma şirkətindən gələn e-poçt kimi göstərərək e-poçtlarin içində link yaxud fayl şəklində gizlədilirlər. E-poçtlarda zərərli əlavələr və ya bağlantılar ola bilər hansı ki daxil olduqda fidyə proqramı kompüterinizə yüklənir. Bunun qarşısını almaq üçün dəqiqləşdirmədən linklərə daxil olmayın və şübhəli e-poçtlardan fayl yükləməyin. 
  • Antivirus proqramından istifadə edin: fidyə proqramından real vaxt qorunmasını təmin edən Antivirus proqramlarını yükləyin. Bu proqram, kompüterinizə yoluxmadan əvvəl bilinən fidyə təhdidlərini aşkar edərək, blok edə bilər. 
  • Microsoft Office-də makroları deaktiv edin: CryptoLockerin kompüterləri yoluxdurmaq üçün Microsoft Office sənədlərindəki makrolardan istifadə etdiyi bilinir. Bunun qarşısını almaq üçün Microsoft Office-dəki makroları söndürün və yalnız istifadəsi lazım olduqda onları aktivləşdirin. 
  • Pop-up blokerindən istifadə edin: CryptoLocker, internetə qoşulan kompüterinizdə görünən pop-uplar vasitəsilə də yayıla bilər. Bu pəncərələrin görünməməsi üçün pop-up blokerindən istifadə edin. 

 

Bu addımları izləyərək “CryptoLocker” və digər fidyə proqramlarına yoluxma riskinizi azalda bilərsiniz.

CYBERSIGN Kibertəhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyi üçün həllər təklif edir.