Cloud Jacking hücumu nədir?
"Cloud Jacking" bulud texnologiyalarına edilən kiberhücum növüdür. Bu hücum zamanı cinayətkarlar bulud xidmətlərindəki zəifliklərdən istifadə edərək, istifadəçi hesablarını ələ keçirir və bulud infrastrukturuna giriş əldə edirlər. Kibercinayətkar, bu resurslardan öz məqsədləri üçün istifadə edə, məlumat oğurlaya və ya zərərli proqramlar yükləyə bilərlər.
"Cloud Jacking" hücumunun təsir nöqtələri:
1. Məlumat oğurlanması: Kibercinayətkarlar məxfi məlumatları ələ keçirə bilir.
2. Maliyyə itkiləri: Bulud xidmətlərindən qanunsuz istifadə edərək əlavə xərclər yaranır.
3. Sistem manipulyasiyası: Resurslar icazəsiz istifadə edilərək xidmətlərə zərər vurulur.
4. Nüfuz zərəri: Şirkətin nüfuzu zədələnir, müştəri güvəni azalır.
5. Məxfilik pozuntusu: Məxfi məlumatlar ifşa edilə bilir.
"Cloud Jacking" hücumuna qarşı tədbirlər:
- İki faktorlu doğrulama (2FA) tətbiq edin.
- Güclü və unikal şifrlərdən istifadə edin.
- Məlumatları şifrləyin və giriş icazələrini məhdudlaşdırın.
- Şəbəkə monitorinqi və digər təhlükəsizlik həllərindən istifadə edin.
- Proqram yeniləmələrini müntəzəm tətbiq edin.
- Mütəmadi olaraq kibertəhlükəsizlik təlimləri alın.
Qeyd olunan təhlükəsizlik tədbirlərinə əməl etməklə Cloud Jacking hücumlarından qoruna bilərsiniz.
Məlumat təhlükəsizliyinizi qorumaq üçün “CYBERSIGN” şirkətinə müraciət edə bilərsiniz.
CYBERSIGN, şirkətlər üçün Kiber təhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kiber təhlükəsizlik xidmətlərini təklif edir.