ATM Təhlükəsizliyi nədir?
Banklar cinayətkarların əsas hədəflərindəndir; Hal-hazırda ATM'lər çoxsaylı funksiyalara xidmət edir, bu səbəbdən ATM'lər hakerlər üçün yüksək prioritet hədəfə çevrilib.
Avtomatlaşdırılmış kassa aparatları (ATM'lər) təhlükəsizliyin zəif nöqtəsidir və bank da yerləşən ATM'lərdə adətən kameralar və digər təhlükəsizlik tədbirləri mövcud olsa da, müstəqil olaraq quraşdırılmış kənar ATM'lər eyni növ infrastruktura malik olmaya bilər.
ATM'lər tərəfindən emal edilən məlumatlar adətən şifrələnir, lakin hakerlər hesabları sındırmaq və hesabdan balans çıxarmaq üçün gizli sındırma cihazlarından və zərərli yazılımlardan istifadə edə bilərlər.
ATM hücumçuları ya nağd pul əldə etmək üçün ATM-lərə fiziki müdaxilə edə bilər, ya da müxtəlif yollarla istifadəçinin kredit kartı məlumatlarını oğurlaya bilərlər.
ATM'lərə daxil edilmiş kredit kartlarındakı məlumatlar kopyalayıcı skan edən qurğulardan istifadə edilərək hakerlər tərəfindən oğurlana bilər. Bu cihazlar kredit kartı məlumatlarını asanlıqla kopyalayır və hakerlərin məlumatlarınıza giriş əldə etməsinə səbəb olur.
Kredit kartı fırıldaqçılığının alternativ yolu isə PİN kodu birbaşa klaviaturanın yanında gizlədilmiş kameralar kimi cihazlarla müəyyən etməkdir.
ATM'lərdən istifadə zamanı Təhlükəsizliyi təmin etmək üçün aşağıdakı nüanslara diqqət yetirmək lazımdır:
- Kartınızı daxil etdiyiniz hər hansı bir cihazdan istifadə etməzdən əvvəl, onun etibarlı şəkildə bərkidildiyinə və üzərində başqa cihaz olmadığına əmin olmaq üçün kart oxuyucusunu dartın. Əyri və ya zədələnmiş hər hansı bir avadanlığa şübhə ilə yanaşın.
- PİN kodu daxil edərkən klaviaturanı digər əlinizlə örtün.
- ATM əməliyyatı etməzdən əvvəl həmişə ətrafınızı müşahidə edin.
- Kartınızı istifadəyə hazır vəziyyətə gətirməklə ATM'də keçirdiyiniz vaxtı minimuma endirin.
- ATM və terminaldan istifadə etməyi gözləyən hər kəsdən uzaq dayanın, başqaları sizin PİN və ya əməliyyat məbləğinizi görməsin.
- Şübhəli hər hansi bir şey görsəniz, əməliyyatınızı ləğv edin və bankomatdan istifadə etməyin.
CYBERSIGN Kibertəhlükəsizlik təlimlərinin təşkili və şirkət təhlükəsizliyi üçün həllər təklif edir.