Tabnabbing hücumu nədir?
Tabnabbing hücumu – kibercinayətkarlar tərəfindən həyata keçirilən fişinq hücumunun bir formasıdır. Bu hücum növü istifadəçinin brauzerində uzunmüddət açıq qalan səhifələrdən sui-istifadə edilərək həyata keçirilir.
İstifadəçi başqa bir səhifəyə keçdikdə kibercinayətkarlar həmin səhifəni arxa planda giriş səhifəsinə bənzəyən saxta bir səhifəyə çevirirlər. İstifadəçi geri qayıtdıqda bu səhifəni həqiqi hesab edir və istifadəçi adı ilə şifrəni daxil edir. Beləliklə, şəxsi məlumatlar kibercinayətkarların əlinə keçir.
Tabnabbing hücumunun zərərləri:
- 1. Hesabların ələ keçirilməsi (e-poçt, sosial şəbəkələr, bank hesabları və s.);
- 2. Maddi itkilər;
- 3. Şirkət məlumatlarının sızması;
- 4. Zərərli proqramların sistemə daxil olması;
- 5. Etimadın itirilməsi və şəxsi məlumatların yayılması.
Qorunma yolları:
- ✓ Brauzerdə açıq səhifələri mütəmadi yeniləyin – uzun müddət arxa planda qalan səhifələrə etibar etməyin.
- ✓ Giriş etdiyiniz saytın URL ünvanına diqqət yetirin – “https://” protokolunun və düzgün domen adının mövcudluğunu yoxlayın.
- ✓ İki faktorlu autentifikasiyanı (2FA) aktiv edin – bu, şifrə ələ keçirilsə belə, əlavə qoruma qatıdır.
- ✓ Təhlükəsizlik uzantılarından istifadə edin – NoScript, uBlock Origin kimi brauzer əlavələri zərərli skriptlərin işləməsinin qarşısını alır.
- ✓ Şübhəli vebsaytlardan uzaq durun – tanımadığınız linklərə klikləməyin.
Nəticə
Bu kimi hücumlardan qorunmağın əsas yolu diqqətli olmaq, təhlükəsizlik tədbirlərinə riayət etmək və kibertəhlükələr barədə məlumatlı olmaqdır.
Məlumat təhlükəsizliyinizi qorumaq üçün “CYBERSIGN” şirkətinə müraciət edə bilərsiniz.
CYBERSIGN, şirkətlər üçün kibertəhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.