Replay Attack nədir?
Replay Attack (Təkrar Hücum), kibertəhlükəsizlik sahəsində qarşılaşılan ciddi problemlərdən biridir. Bu hücum növü, kibercinayıtkarın öncə ələ keçirdiyi etibarlı bir ünsiyyəti və ya məlumat paketini təkrar göndərməsi ilə həyata keçirilir.
Məqsəd, qanunsuz şəkildə bir sistemə daxil olmaq və ya məlumatları dəyişdirməkdir. Bu növ hücumlar, xüsusilə şəbəkə protokolları və autentifikasiya proseslərində ciddi təhlükə yaradır.
Replay Attack necə işləyir?
Məlumatın ələ keçirilməsi: Kibercinayətkarlar, etibarlı bir istifadəçi və ya sistem arasındakı ünsiyyəti dinləyərək məlumatı ələ keçirir.
Məlumatın saxlanılması: Ələ keçirilən məlumat yadda saxlanılır.
Məlumatın təkrar göndərilməsi: Kibercinayətkarlar, yadda saxladıqları məlumatı təkrar göndərərək özlərini həqiqi istifadəçi kimi təqdim etməyə çalışırlar.
Replay Attack-dan necə qorunmaq olar?
- Məlumatların şifrələnməsi: Göndərilən hər bir məlumat paketi şifrələnməli və həmin şifrələrin aktivlik müddətinə vaxt təyin olunmalıdır. Bu zaman məlumatların etibarlılığı nəzarət altında saxlanıla bilər.
- Təsadüfi rəqəm istifadəsi: Hər sessiya və ya kommunikasiya üçün təsadüfi olaraq generasiya olunan bir rəqəm istifadə edərək, hər kommunikasiyada bu rəqəmə əsaslanan bir doğrulama təmin edilə bilər.
- Bir istifadəlik kodlar və ya tokenlər: Hər sessiya açılışı və ya kommunikasiya zamanı fərqli bir kod tələb edilə bilər.
- Təhlükəsiz kommunikasiya protokolları: İnternet üzərində əlaqə zamanı, SSL və ya TLS kimi təhlükəsiz kommunikasiya protokolları istifadə edərək, məlumatların şifrələnməsi və bütövlüyünün qorunması təmin oluna bilər.
- Anti-replay funksiyaları: Xüsusi anti-replay fusiyalarından istifadə edərək, eyni məlumat paketlərinin təkrar göndərilməsinin qarşısı alına bilər.
Replay attack-lar, kibertəhlükəsizlik sahəsində ciddi problemlər yarada bilən hücum növüdür. Lakin, müasir təhlükəsizlik protokolları və texnologiyaları ilə bu hücumlardan qorunmaq mümkündür. Bu hücum növü ilə bağlı məlumatlı olmaq və müvafiq tədbirləri görmək, sistemlərin təhlükəsizliyini təmin etmək üçün vacibdir.
Məlumat təhlükəsizliyinizi qorumaq üçün “CYBERSIGN” şirkətinə müraciət edə bilərsiniz.
CYBERSIGN, şirkətlər üçün Kiber təhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kiber təhlükəsizlik xidmətlərini təklif edir.