Ransomware hücumu nədir?

Ransomware hücumu nədir?

Ransomware (fidyə proqramı) son illərin ən təhlükəli kibertəhdidlərindən biri kimi tanınır. Bu proqramlar fiziki şəxsləri, biznesləri və hətta dövlət təşkilatlarını hədəf alaraq ciddi maliyyə və əməliyyat zərərlərinə səbəb olur.

Ransomware hücumunda hakerlər zərərli proqram vasitəsilə kompüter sistemini ələ keçirir, faylları şifrələyir və məlumatların geri qaytarılması üçün fidyə tələb edirlər. Bu ödənişlər gizliliyi qorumaq məqsədilə adətən Bitcoin kimi kriptovalyutalarla istənilir.

Ən çox yayılmış forması olan RaaS (Ransomware as a Service) çərçivəsində, fidyə proqramları qruplar tərəfindən hazırlanır və pul qarşılığında digər hakerlərə satılır. Bu isə hücumların sayını sürətlə artırır. Ransomware sistemlərə əsasən fişinq e-poçtları, zərərli yükləmələr və ya proqram təminatındakı boşluqlar vasitəsilə sızır.

Ransomware hücumlarının qarşısını necə almaq olar?

  • Güclü təhlükəsizlik tədbirləri: Firewall-lar, müdaxilə aşkarlama sistemləri və güncəl antivirus proqramlarından istifadə edin. Əməliyyat sistemlərini mütəmadi yeniləyin.
  • Ehtiyat nüsxələmə və bərpa: Kritik məlumatlarınızı oflayn və ya bulud sistemlərində mütəmadi olaraq ehtiyatlayın və bərpa proseslərini sınaqdan keçirin.
  • Şəbəkənin seqmentasiyası: Həssas məlumatları təcrid edib girişi məhdudlaşdırın. Bu, hücumun təsir dairəsini kiçiltməyə kömək edir.
  • İşçilərin maarifləndirilməsi: Müntəzəm kibertəhlükəsizlik təlimləri vasitəsilə əməkdaşlarınıza kibertəhdidləri tanımaq və onlara qarşı ayıq-sayıq olmaq vərdişlərini aşılayın.

Ransomware hücumlarından qorunmaq və onların qarşısının alınması üçün CYBERSIGN hər zaman xidmətinizdədir.

CYBERSIGN, kibertəhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyi üçün effektiv həllər təklif edir.