Kibertəhlükəsizlik nədir?

Kibertəhlükəsizlik nədir?

Kibertəhlükəsizlik günümüzdə informasiya texnologiyaları dünyasının ən mühüm məsələlərindən biridir. Kompüter sistemlərinin, şəbəkələrin və elektron sistemlərin qorunması ciddi kiberhücum risklərinin mövcud olduğu bir zamanda daha da vacib hala gəlmişdir.

Kibertəhlükəsizlikdə məlumatların təhlükəsiz saxlanılması üçün müxtəlif metod və qabaqlayıcı tədbirlər görülür ki, bu da informasiya mühafizəsi, sistemlərin qorunması və mövcud olan məlumat təhlükəsizliyini təmin edir. Bu tədbirlərə xüsusi proqramlar və avadanlıqlardan istifadə etmək, onlayn təhlükələr haqqında şəxsləri maarifləndirmək, kiber təhlükə riskini azaltmaq üçün qaydalar və addımlar daxildir.

Kibertəhlükələr yalnız fərdi şəxslər üçün deyil, şirkətlər, dövlət qurumları və digər təşkilatlar üçün də əhəmiyyətli bir məsələdir.

Kibertəhlükəsizliyin əsas aspektləri:

  • Məxfilik və məlumat müdafiəsi: İnternetdə məlumatları təhlükə altına ala biləcək müxtəlif risklər vardır. Kibertəhlükəsizlik xidmətləri məxfi məlumatların qorunmasına kömək edir.
  • Xidmətlərin davamlılığı: İnternetdən istifadə edən bütün şirkətlər üçün kibertəhlükəsizlik xidmətləri çox əhəmiyyətlidir.
  • Təlim və tədbirlər: Şəxslərin kibertəhlükəsizlik prinsipləri və prosedurları haqqında təlimlər alması, potensial təhlükələrin müəyyən edilməsində mühüm rol oynayır.
  • Təhlükəsizlik yoxlamaları və qiymətləndirilmələri: İT infrastrukturunda boşluqların, potensial risklərin müəyyən edilməsi üçün düzgün yoxlamalar aparılmalıdır.

Kiberhücum növlərinin bəzi nümunələri aşağıdakılardır:

Phishing (Fişinq): Bu kiberhücum növündə kibercinayətkarlar istifadəçilərin məlumatlarını ələ keçirməyə cəhd edirlər.

Malware (Zərərli Proqramlar): Bu kiberhücum növündə kibercinayətkarlar sistemləri məhv etmək və ya məxfi məlumatları ələ keçirmək üçün viruslar, trojanlar və ransomware kimi vasitələrdən istifadə edirlər.

Vishing (Vişinq): Vişinq telefon zəngləri vasitəsilə həyata keçirilən kiberhücum növüdür.

Ransomware: Faylları və sistemləri şifrələyərək şifrənin açılması üçün pul tələb edilən hücum növüdür.

Qorunma Yolları

  • Əməkdaşların kibertəhlükəsizlik üzrə mütəmadi maarifləndirilməsi
  • Fişinq simulyasiyalarının tətbiqi
  • Çoxfaktorlu autentifikasiyanın (MFA) istifadəsi
  • Sistem və proqramların vaxtında yenilənməsi
  • Güclü şifrə siyasətinin tətbiqi
  • Ehtiyat nüsxələrin mütəmadi saxlanılması
  • Şəbəkənin seqmentləşdirilməsi
  • Təhlükəsizlik monitorinqi və aşkarlama həllərinin istifadəsi

Fərdi istifadəçilərin və şirkətlərin məlumatlarını kibertəhlükələrdən qorumaq üçün vacib təhlükəsizlik tədbirlərinin görülməsi mühüm məsələdir.

Məlumat təhlükəsizliyinizi qorumaq üçün "CYBERSIGN" şirkətinə müraciət edə bilərsiniz.

CYBERSIGN, şirkətlər üçün kibertəhlükəsizlik maarifləndirmə təlimlərinin təşkili və şirkət təhlükəsizliyinin təmin edilməsi üçün kibertəhlükəsizlik xidmətlərini təklif edir.