• Ana səhifə
  • Blog
  • Bank müştərilərinə qarşı yönələn kiber təhdidlər

Bank müştərilərinə qarşı yönələn kiber təhdidlər

Bank müştərilərinə qarşı yönələn kiber təhdidlər

Rəqəmsal əsrdə bank müştəriləri ödəniş və köçürmə əməliyyatları üçün əsasən bank kartlarına və mobil bank tətbiqlərinə üstünlük verirlər. Bu inkişaf rahatlıq gətirsə də, kibercinayətkarlar üçün də yeni imkanlar yaradır. Odur ki, müştərilərin potensial risklər haqqında məlumatlı olması vacibdir.

Bank müştərilərinə yönələn əsas təhdidlər:

  • Sosial mühəndislik: Kibercinayətkarların özlərini bank işçisi kimi təqdim edərək, təzyiq və ya qorxu hissi yaratmaqla sizi manipulyasiya etməsi və məxfi məlumatları ələ keçirməsidir.
  • Fişinq (Phishing): Bankları və ya dövlət qurumlarını təqlid edərək göndərilən aldadıcı e-poçt və mesajlar vasitəsilə istifadəçi məlumatlarının, kart nömrələrinin oğurlanmasıdır. Şübhəli linklərə və tələsik sorğulara qarşı diqqətli olun.
  • Zərərli proqramlar (Malware): Cihazınıza sızan bu proqramlar icazəniz olmadan bank məlumatlarınızı oğurlaya və cinayətkarlara ötürə bilər.

Bank müştəriləri üçün təhlükəsizlik tədbirləri:

  • Güclü autentifikasiya: Hesablarınız üçün unikal parollar yaradın, çoxfaktorlu autentifikasiyanı (MFA) aktivləşdirin və parolları mütəmadi yeniləyin.
  • Tətbiq bilikləri: Bank tətbiqinizin funksiyaları (köçürmələr, ödənişlər) ilə tam tanış olun.
  • Cihaz təhlükəsizliyi: Əməliyyat sistemlərini yeniləyin və nüfuzlu antivirus tətbiqlərindən istifadə edin.
  • Şəbəkə təhlükəsizliyi: İctimai Wi-Fi-dan uzaq durun, zərurət olduqda isə VPN və şifrələmə metodlarından istifadə edin.
  • Məxfilik: Giriş məlumatlarınızı heç kimlə paylaşmayın və şübhəli əməliyyatlarla bağlı dərhal banka məlumat verin.

Unutmayın: Bankınız heç bir zaman telefon zəngi və ya e-poçt vasitəsilə sizdən məxfi məlumatlarınızı, MFA kodlarını və ya şifrələrinizi tələb etmir.

CYBERSIGN, şirkətlər üçün kibertəhlükəsizlik maarifləndirmə təlimləri və kiber təhlükəsizlik xidmətlərini təklif edir.